Ermənistan ərazisindən Azərbaycana hərbi hücumlar təcavüz aktıdır - VİDEO

25.10.2020 19:44

"Ermənistan ərazisindən Zəngilan, Qubadlı və Laçının sərhəd rayonları boyunca Azərbaycana hərbi hücumlar BMT Nizamnaməsində təsbit edilmiş təcavüz aktıdır".

Xezerxeber.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Təitter" səhifəsində yazıb.

Bakı Dövlət Universitetinin professoru Ramiz Sevdimalıyev deyir ki, əgər hər hansı bir ölkənin ərazisindən digər bir dövlətin ərazisinə müntəzəm və intensiv olaraq atəş açılırsa, bu, həmin ölkəyə qarşı silahlı hücum kimi qiymətləndirilir. Professorun sözlərinə görə, bu zaman hücuma məruz qalan ölkə özünümüdafiə hüququ çərçivəsində həm ərazi bütövlüyünü, həm də əhalisinin təhlükəsizliyini təmin etmək məqsədilə hücum edən ölkənin ərazisindəki həmin nöqtələri məhv etmək hüququna sahibdir.

Ramiz Sevdimalıyev bildirib ki, Ermənistanın müntəzəm olaraq yaşayış yerlərinə, mülki əhaliyə atəş açmaqda əsas məqsədi müharibənin miqyasını genişləndirməkdir.

Professor onu da əlavə edib ki, əgər bu hücumlar davam edərsə, Azərbaycan müvafiq beynəlxalq strukturları məlumatlandırmaqla özünümüdafiə hüququndan istifadə edərək həmin təhdid nöqtələrini məhv edə bilər. Bu, Azərbaycanın beynəlxalq hüquqda təsbit olunmuş hüququdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






224 dəfə oxunub

XƏBƏRLƏR

24.11.2020 09:19

Neft bahalaşır

ÇOX OXUNANLAR