Mingəçevirin ən böyük bayraqları bu binanı bəzəyir - VİDEO

24.10.2020 21:49

Mingəçevirdə bir binanın sakinləri dərziyə iki böyük bayraq - Azərbaycan və Türkiyə bayraqları sifariş veriblər. İndi 16 metr uzunluğunda olan həmin bayraqlar binanın önündə dalğalanır.

İllərdir dərzi işləsə də, 27 sentyabra qədər bayraq tikmədiyini deyir. Mingəçevirdə yaşayan Ağdamdan məcburi köçkün Valeh Məmmədov Vətən müharibəsi başlayandan sonra milli atributumuzu tikməyə başlayıb. Özünün də yaşadığı məcburi köçkün qəsəbəsinin sakinləri isə ondan daha böyük ölçülü bayraq hazırlamasınıı istəyiblər.

Mingçevirdə ölçüsünə görə ən böyük bayraq onların yaşadığı binadan asılıb. Bina sakinləri bu cür dəstək nümayiş etdirməklə ordumuzdan qələbə xəbərlərinin davamını gözlədiklərini deyirlər.

Məcburi köçkün qəsəbəsində yaşayan Kəlbəcər və Ağdam sakinləri də tezliklə qələbə xəbərləri ilə sevinəcəklərinə inanırlar.

© xezerxeber.az

FOTOQALERIYA






285 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR