ANAMA cəbhədəki əməliyyatlarla bağlı məlumat açıqladı - VİDEO

24.10.2020 21:30

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin əməkdaşları ötən gün cəbhəyanı ərazilərdə 175 partlamamış hərbi sursat və düşmənə məxsus 2 dron aşkar edərək məhv ediblər. Ümumilikdə, döyüşlərin başladığı tarixdən bu günə qədər düşmənin atdığı 2 mindən çox mərmi və raket qalığı cəbhəyanı ərazilərdən aşkar edilərək təmizlənib.

Düşmən tərəfindən atəşə tutulan yaşayış məntəqlərinin mərmi və raket qalıqlarından təmizlənməsi prosesi davam edir.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin operativ qərargahının rəisi İdris İsmayılov deyir ki, sentyabrın 27-dən bu günə qədər ANAMA-ya 840 çağırış daxil olub. Həmin çağırışlar Daxili İşlər Nazirliyinin ''102'', Fövqəladə Hallar Nazirliyinin isə ''112'' zəng mərkəzi vasitəsi ilə edilib.

ANAMA rəsmisi bildirib ki, ən çox mərmi və raket qalığı Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli və Cəbrayıl rayonları ərazisindəki yaşayış məntəqlərindən aşkar edilib. Ötən gün qurumun əmədkaşları düşmənə məxsus iki ədəd dron da aşkar ediblər. Həmin dronlar yerindəcə məhv edilib. İdris İsmayılov deyir ki, bu müddət ərzində Gəncə, Mingəçevir, Qəbələ və Kürdəmirdə düşmənə məxus 13 ədəd ''Elburus'' raketinin qalıqları da aşkar edilərək götürülüb.

İdris İsmayılov onu da əlavə edib ki, işağaldan azad edilmiş kənd və şəhərlərin yaxınlığında hazırda aktiv döyüş əməliyyatları davam etdiyindən həmin ərazilərin minalardan təmizlənməsi prosesi həyata keçirilmir. Operativ qərargahın rəisi deyir ki, illər əvvəl Cocuq Mərcanlı qəsəbəsində minaların təmizlənməsi təcrübəsi bu ərazilərdə də tətbiq ediləcək.

© xezerxeber.az

FOTOQALERIYA






178 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR