Ermənistanın hərbi cinayətləri davam edir - VİDEO

24.10.2020 21:05

İşğalçı ölkənin hərbi obyektləri və canlı qüvvəsi hər gün Azərbaycan ordusu tərəfindən məhv edilir, zərərsizləşdirilir. Ancaq düşmən yenə də cinayətkar əməllərindən əl çəkmir, mülki əhalini hədəf seçir, qadın, uşaq və yaşlı insanların qatilinə çevrilirlər. Həm də bütün bu cinayətlər istifadəsi qadağan olunmuş silahlarla həyata keçirilir.

Ermənistanın dövlət səviyyəsində hərbi cinayətləri davam etdirir.

Azərbaycan ordusu tərəfindən layiqli cavabını alan Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı müharibə cinayətlərindən əl çəkmir. Özü də bütün bu cinayətləri beynəlxalq konvensiyalarda istifadəsi qadağan edilmiş silahlarla həyata keçirir. Belə ki, düşmən Azərbaycanın şəhər və rayonlarına SMERÇ, YARS tipli raketlər atmaqla həm dinc insanları hədəfə alır, həm də beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur. Hərbi ekspert, ehtiyyatda olan Palkovnik leytenant Üzeyir Cəfərov deyir ki, bu tipli raketlərin nəinki mülki insanlara, hətta yaşayış məntəqələrinə yaxın ərazilərə atılması qadağandır.

Ekspert deyir ki, bu cür silahların dağıdıcılıq qabiliyyəti geniş ərazini əhatə edir və kütləvi qırğın silahları nəslinə daxildir.

Üzeyir Cəfərov deyir ki, Azərbaycan ordusu düşmənin bu cinayətlərinin cavabını beynəlxalq hüququn qoruduğu normalarla və yalnız hərbi təyinatlı obyektlərə atəş zərbələri endirməklə verir.

 

 

© xezerxeber.az

FOTOQALERIYA






178 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR