Bakı
18 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Ermənistan ordusu cəbhədən uzaqda yerləşən rayonlarımıza ballistik raket atıb - VİDEO

22.10.2020 20:57

Bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Siyəzən rayonu istiqamətində 3 ballistik raket atılıb.

Xezerxeber.az-ın məlumatına görə, Ermənistan silahlı qüvvələrinin hədəfi yenə dinc əhali və mülki infrastruktur olub.

Raketlər rayonun Çandahar kəndi yaxınlığında dənizə düşüb.

Hadisə yerinə Milli Məclisin deputatı Sadiq Qurbanov və Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov gəlib.

Hazırda Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları ərazini mühafizə edirlər.

Saat 9 radələrində isə Qəbələ istiqamətində 2 raket atılıb. Raketlərdən biri Hacıallı kəndinin yaxınlığına düşüb.

Raket zərbələri nəticəsində Qəbələ rayon sakini, 2003-cü il təvəllüdlü Əmirbəyov Murad Ceyhun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb, kənd ərazisində yerləşən 5 yaşayış evinə ciddi ziyan dəyib. Həmçinin düşmən silahlı qüvvələri Abşeron yarımadasını içməli su ilə təchiz edən və ölkəmiz üçün xüsusi strateji əhəmiyyətə malik Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alaraq raket atıb, lakin Ordumuzun hava hücumundan müdafiə qüvvələrinin zərərsizləşdirilməsi nəticəsində raketin hissələri su kəmərinin yaxınlığına düşüb. Bununla bağlı prokurorluq əməkdaşları tərəfindən hadisə yerlərində zəruri istintaq tədbirləri və prosessual hərəkətlər həyata keçirilir.

Saat 9 radələrində Ermənistan silahlı qüvvələri cəbhədən 150 kilometrdən çox uzaqda yerləşən Kürdəmir rayonuna da "Skad" ballistik taktiki raketi atıb.

Dərhal əraziyə ANAMA-nın mütəxəssisləri cəlb olunub. Raketin düşdüyü ərazi boş sahə olub. Partlayış nəticəsində yaxınlıqda bir neçə yaşayış evinin və orta məktəb binasında pəncərələrin şüşələri sınıb.

Müdafiə Nazirliyinin məlumatına görə, düşmənin raket hücumu nəticəsində tələfat olmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






442 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR