Bakı
18 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Koronavirus bəlası hərbçilərimizi də narahat edir - VİDEO

22.10.2020 20:04

Ön cəbhədə qızğın döyüşlərin getdiyi bir vaxtda, arxa cəbhədə də vətəndaşlarımız diqqətli olmalıdır. Çünki bütün dünyanı cənginə alan koronavirus bəlası bitməyib və çox təəssüf ki, bu günlərdə ölkəmizdə yolxuma statistikası pik həddə çatıb. Bu virusdan qorunmaq üçün isə hərbçilərimiz vətəndaşlara müraciət edərək bildirib ki, belə davam edəcəyi təqdirdə ordumuz üçün problem ola bilər.

Hərbçilər inanır ki, onlar dövlət sərhədlərini təmin edib qoruduğu kimi insanlar da sağlamlıqlarını qoruyacaq və böyük qələbəni birlikdə qeyd edəcəyik.

Hərbçilərimiz kimi səfərbərliyə yollanan gənclərimizi də narahat edən əsas məqam məhz koronavirusun sürətlə yayılmasıdır.

İndi xalq olaraq iki cəbhədə döyüşməliyik- ön cəbhədə görünən, arxa cəbhədə isə görünməyən düşmənlə. Amma bir hədəfə vurarıqsa, hər iki düşmənə asanlıqla qalib gələ bilərik.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






238 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR