İşğaldan azad edilmiş Ağbənddə Azərbaycan bayrağı qaldırılıb - VİDEO

22.10.2020 19:31

Zəngilan rayonunun işğaldan azad edilmiş Ağbənd qəsəbəsində Azərbaycan bayrağı qaldırılıb.

Xezerxeber.az-ın məlumatına görə, xilaskar Azərbaycan əsgəri bayrağın qaldırılması barədə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib: "Möhtərəm Prezident!

Əmrinizə uyğun olaraq məruzə edirəm ki, Zəngilan rayonunun Ağbənd sərhəd zastavası işğaldan azad edilmişdir. Hazırda Azərbaycan bayrağı burada dalğalanmaqdadır. Bununla da Azərbaycan-İran dövlət sərhədinin 132 km-i işğaldan tam azad edilmişdir. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”.



© xezerxeber.az


211 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR