Ermənistanın yerinə yetirməli olduğu qətnamələri Azərbaycan Ordusu icra edir - VİDEO

21.10.2020 21:20

''Azərbaycan Ordusu Zəngilanı işğaldan azad etməklə, Birləşmiş Millətlər Təşkilatının 27 ildir ki, icra edilməyən 884 saylı qətnaməsini icra etmiş oldu''.

Xezerxeber.az-ın məlumatına görə, bunu politoloq Murad Sadəddinov deyib.

Onun sözlərinə görə, orudmuz həyata keçirdiyi əks-hücum əməliyyatı ilə torpaqları azad etməklə yanaşı, beynəlxalq hüququ da təmin edir.

Çünki BMT tərəfindən erməni silahlı qüvvələrinin heç bir şərt olmadan işğal edilmiş Azərbaycan ərazilərindən çıxması ilə bağlı 4 qətnamə mövcuddur ki, bunlardan heç biri indiyə kimi icra edilmirdi.

Politoloqun sözlərinə görə, təcrübə onu göstərir ki, 30 il boyunca aparılan danışıqlar beynəlxalq qanunların icrasında faydalı olmayıb. Bunun qarşılığında isə bir neçə həftəlik əməliyyatla qanunun aliliyi təmin edildi. Üstəlik, digər qətnamələrin icrası üçün də münbit şərait formalaşıb.

Ekspetin sözlərinə görə, Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyat həm də onu göstərdi ki, Ermənistan sihalanmanın sayı ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəliyi kobud şəkildə pozub.

Mütəxəssisin sözlərinə görə, real vəziyyət onu göstərir ki, ermənistan silahlanma normasını pozsa belə, Azərbaycan Ordusunun bütün torpaqları işğaldan azad etməyə və BMT-nin qətnamələrini də icra etməyə qadirdir. Bu əməliyyatlar gələcəkdə Cənubi Qafqazın təhlükəsizliyinin təmini üçün də vacib rol oynayır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






353 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR