Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Gəncə terrorunda 55 nəfər xəsarət alıb - VİDEO

17.10.2020 19:24

O balaca əlləri ilə sanki baş verənləri görməmək, unutmaq üçün gözlərini bağlayır...

Bu 3 yaşlı qızçığaz Gəncə terrorunda xəsarət alan onlarla dinc sakindən biridir.

Bəlkə də həyatında aldığı ən ağır travmadır bu. Təkcə başına gələnlər yox, dağılan evi, uşaqlığı ilə bərabər, itirdiyi valideynləri, balaca bacısı da əbədi yaddaşına həkk olunacaq.

Xəstəxanada olanların əksəriyyətinin sözlərinə görə, gecə hadisə baş verən anda əvvəlcə nə olduğunu anlamıyıblar. Daha sonra isə çoxları elə gözlərini xəstəxanada açıb.

Xəsarət alan ahıl insanlar isə bu terror hadisəsinin cavabının ordumuz tərəfindən layiqincə veriləcəyinə əmindirlər.

Həkimlərin sözlərinə görə, bütün xəstələrə lazımi tibbi yardım göstərilir.

Hazırda xəstəxanada müalicə alanlar arasında vəziyyəti kritik olanlar da var.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






166 dəfə oxunub

XƏBƏRLƏR

20.10.2020 17:44

“Facebook”da yenilik

ÇOX OXUNANLAR