Azərbaycan əhalisinin 93%-i Qarabağın azad olunacağına inanır - VİDEO

01.10.2020 21:27

Sosial Tədqiqatlar Mərkəzi 2758 vətəndaş arasında sorğu keçirib. Məlum olub ki, vətəndaşların 95%-dən çoxu ordumuza güvənərək, qələbə xəbərini gözləyir. Sorğu zamanı ATƏT-in Minsk Qrupunun fəaliyyətini pisləyənlər də olub, Azərbaycana dəstək verən ölkələrin adlarını qürurla çəkənlər də.

 

 

93,1% vətəndaş Dağlıq Qarabağ probleminin hərbi yolla həll ediləcəyinə inanır. Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc "II Qarabağ müharibəsi"ilə bağlı 2700-dən artıq insan arasında keçirilən sosial sorğunun ilkin nəticələrini açıqlayan zaman səsləndirib bu fikirləri. O, bildirib ki, sorğuda iştirak edən vətəndaşların 95%-dən çoxu əks hücum əməliyyatı, o cümlədən, ölkədə hərbi vəziyyətin elan olunmasını müsbət dəyərləndirir və hər biri qələbəyə inamlıdır.

 

 

Zahid Orucun sözlərinə görə, 50%-ə yaxın vətəndaşımız müharibə şəraitində özünü tam təhlükəsiz hiss etdiyini, 91,2% həmyerlimiz isə özü və ya ailə üzvlərinin döyüşmək üçün cəbhəyə gedəcəyini bəyan edib. ATƏT-in Mins qrupunun bu günədək olan fəaliyyətinə gəlincə, bu vətəndaşlarımız tərəfindən mənfi qiymətləndirilib.

 

Müharibə şəraitində Azərbaycana dəstək verən ölkələrin adlarına gəlincə, 99,8% insan qardaş Türkiyənin, 99,6% Pakistan, 93% Ukrayna, 87% İsrail, 71% Gürcüstan, 70 % Belarusun adını səsləndirib.

© xezerxeber.az

FOTOQALERIYA






203 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR