Ölkədə bayrağa həddindən artıq tələbat yaranıb - VİDEO

01.10.2020 21:14

Bu günlərdə bayrağımız cəbhədən gələn xoş xəbərlərin yeganə simvoluna çevrilib. Arxa cəbhədə hərbçilərimizə dəstək olan vətəndaşlar evlərindən, iş yerlərindən, avtomobillərindən, küçələrdən üçrəngli bayrağımızı asırlar. Şəhərdə fərqli bir mənzərə hökm sürür. Nəticədə ölkədə bayrağa olan tələbat da artır.

 

Bu gün bayrağa olan tələbatın bu qədər çox olması hər birimizi ruhlandırır. Üstəlik, sevindirici haldır ki, satıcılar bayrağa tələbatın artmasından sui-istifadə etmirlər...

 

 

Tələbatın artması ilə əlaqədar tikiş sexlərində sifarişlər də iki dəfə çoxalıb.

 

 

Cəbhədəki vəziyyətlə əlaqədar olaraq tikiş sexlərində hərbçilərimizə bayraqlar pulsuz paylanır.

 

 

Bayraqla yanaşı, hərbi formanı xatırladan geyimlərə də maraq artıb. Kiçikdən böyüyə bir çoxlarının əyinlərində bu cür geyimləri görmək mümkündür.

 

 

Bir əsrdən çox yaşı olan bu bayraq istər zəfər, istərsə də ən çətin günlərimizdə bizim qürur və güvənc yerimiz, istinadgahımız olub. Həmişə yüksəklərdə dalğalan, şanım, şərəfim, üçrəngli bayrağım!!!

© xezerxeber.az

FOTOQALERIYA






179 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR