Bakı
18 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Ölkə başçısı beynəlxalq ictimaiyyəti əvvəlcədən məlumatlandırır - VİDEO

26.09.2020 20:05

Prezident İlham Əliyev keçirdiyi bütün görüşlərdə və etdiyi çıxışlarda Ermənsitanın işğalçı , təxribatçı siyasətindən faktlarla danışır. Məqsəd Azəraycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq və Ermənistanın təcavüzkar siyasətini ifşa etməkdir. Politoloqların fikrincə, ölkə başçısının bu davranışı, Azərbaycanın münaqişənin həllində dönməz mövqeyə sahib olduğunu və bu problemin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə biləcəyinin göstəricisidir.


''Danışıqlardan qaçan, işğalçı siyasətini davam etdirməyə çalışan Ermənistan buna nail ola bilməycək. Çünki Azərbaycanın bu münaqişədə mövqeyi qətidir və ölkə başçısı bütün görüşlərdə və beynəlxalq tədbirlərdəki çıxışlarında bu mövqeyi ifadə edir''. Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Prezident İlham Əliyev öz çıxışlarında Ermənistanın işğalçı siyasətini təkzibolunmaz faktlarla ortaya qoyur. Elə BMT Baş Assambleyası çərçivəsində keçirilən müxtəlif görüşlərdə də ölkə başçısının səsləndirdiyi faktlar Ermənistanın real siyasətini özündə əks etdirir.

Üstəlik, ölkə başçısı mütəmadi olaraq təmas xəttində Ermənistan tərəfindən törədilən təxribatlara diqqət çəkir ki, bu da beynəlxalq ictimaiyyətin alovlanan münaqişənin təffərrüatları barədə dolğun informasiyaya sahib olmasına xidmət edir.

Politoloqun sözlərinə görə, bundan başqa, ölkə başçısı mütəmadi olaraq diqqəti Ermənistanın terror təşkilatları ilə əməkdaşlıq etməsinə yönəldir və bu əməkdaşlığın təkcə region üçün deyil, bütün dünya üçün təhlükəli olduğunu bildirir.

Elxan Şahinoğlunun sözlərinə görə, ölkə başçısı bütün hadisələrlə və onun mümkün nəticələri ilə bağlı beynəlxalq ictimaiyyəti əvvəlcədən məlumatlandırır. Bu da o deməkdir ki, müharibə baş verəcəyi təqdirdə bunun bütün məsuliyyəti Ermənistanın siyasi rəhbərliyinin üzərində olacaq.



© xezerxeber.az


259 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR