Bakı
18 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Sumqayıtda oğlanın keçmiş sevgilisinə bıçaqla hücum etdiyi anın ŞOK GÖRÜNTÜLƏRİ - VİDEO

25.09.2020 12:50

Sumqayıtda gənc qız keçmiş sevgilisi tərəfindən hücuma məruz qalıb.

Bu barədə hücuma məruz qalan 24 yaşlı S.B.BAKU.WS-in "qaynar xətt”inə məlumat verib. Xanım bildirib ki, keçmiş sevgilisi tərəfindən təhdid olunur.

O həmçinin qeyd edib ki, 26 yaşlı Cavid Çingiz oğlu Qəniyev ilə 4 il sevgili olub. Lakin ailələri onların evlənməyinə razı olmayıblar.

Bundan sonra gənc oğlan sevdiyi qıza hədə-qorxu gəlməyə başlayıb, sentyabrın 1-də Sumqayıt şəhəri 6-cı mikrorayonda qıza və anasına hücum edib. Hadisə müşahidə kameralarına düşüb.

Videodan da göründüyü kimi oğlan keçmiş sevgilisinin yaşadığı ünvana gəlib, qızı döyüb. Daha sonra qız və anasının üstüna bıçaq çəkib.

Şikayətçi deyir ki, həmin vaxt Cavid Qəniyev narkotik maddələrin təsiri altında olub.

Hadisə barədə "102" - zəng mərkəzinə şikayət ediblər. Əraziyə polis cəlb olunub və şikayət araşdırılması üçün Sumqayıt şəhər 3-cü polis bölməsinə göndərilib.

Polis müdaxiləsinə baxmayaraq, Cavid Qəniyev yenə də keçmiş sevgilisini təhdid etməkdə davam edir. O bildirib ki, qızdan əl çəkən deyil. Hər gün qapılarına gedir və onu öldürəcəyi ilə hədələyir. Cavid Qəniyev deyib ki, qızın üzünə "kislota" atacaq. Yalnız bundan sonra ondan əl çəkəcək.

Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarından BAKU.WS-ə bildirdilər ki, hazırda məsələ araşdırılır. Araşdırmalardan sonra hadisəyə hüquqi qiymət veriləcək.


BAKU.WS

© xezerxeber.az


185 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR