Məktəblərdə koronavirusa yoluxma hallarının artması təşviş yaradıb - VİDEO

23.09.2020 20:46

Məktəblərdə koronavirusa yoluxma halları artdıqca valideynlər təşvişə düşür.

Xezerxeber.az-ın məlumatına görə, yeni tədris ili başlayandan bugünədək 112 şagirdin, eləcə də Quba rayonunda təkcə 1 məktəbdən 8 müəllimin virusa yoluxması xəbəri valideynlərlə yanaşı məktəbliləri də qorxuya salıb.

TƏBİB-in yolxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev deyir ki, azyaşlılar potensial daşıyıcıdırlar. 12 yaşınadək uşaqlar virusu simptomsuz keçirdiyindən müəllim və valideynlərini çox asanlıqla yoluxdura bilərlər.

Vasif Əliyevin sözlərinə görə, bütün bunlar nəzərə alınaraq yaxın təmaslardan çəkinməli, gigiyena qaydalarına maksimum əməl edilməlidir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi eksperti, millət vəkili Rəşad Mahmudov isə valideynləri diqqətli olmağa səsləyir.

Rəşad Mahmudov hesab edir ki, bundan sonra eyni tendensiya davam edərsə lokal tədbirlər görülməli, yalnız yoluxmanın baş verdiyi siniflər müvəqqəti bağlanmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






252 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR