Dayanacaqlarda toz basmış monitorlar - Milyonlarla manat xərclənmiş sistem niyə işləmir? - VİDEO

23.09.2020 20:10

Paytaxt Bakının avtobus dayanacaqlarında quraşdırılmış informasiya terminallarının bərbad vəziyyətdədir. Milyonlarla manat vəsait xərclənən monitorlar işləmir.

Xezerxeber.az-ın məlumatına görə, 600-dən çox informasiya terminalı dayanacaqlara 9 ildir ki, quraşdırılıb. Lakin bu qədər vaxt keçməsinə baxmayaraq hələ də heç biri işləmir.

Düzdü, informasiya terminalı cəmi 2 il işlək vəziyyətdə olub. Lakin sonradan monitorlara hər hansı bir proqram yüklənmədiyindən cihazlar istifadəsiz qalıb. Bəzilərini toz-torpaq basıb,bəzilərinin isə ekranı sınıb.

Sərnişinlərin işini asanlaşdırmaq üçün nəzərdə tutulan monitorlar işləmədiyindən indi dayanacaqlarda lazımsız avadanlığa çevrilib.

İntellektual idarəetmə sisteminin təkcə paytaxtda reallaşdırılması üçün təxminən 100 milyon manat vəsaitin ayrıldığı bildirilir. Bakıdan sonra bu layihənin bütün bölgələri əhatə etməsi də nəzərdə tutulurdu. Lakin nəqliyyat sahəsində buraxılan ciddi səhvlər ucbatından sistem hazır vəziyyətə gətirilə bilmədi.Bununla yanaşı, ötən müddət ərzində intellektual sistem üçün çəkilən elektrik və fiber optik xətlərin də yollarda aparılan müxtəlif təyinatlı işlər zamanı zədələnib sıradan çıxdığı bildirilir. Bu xətlərin bərpa olunması üçün isə əlavə vəsait tələb olunur.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, monitorların işləməməsinin bir səbəbi də sistemin düzgün təşkil olunmamasıdır.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Lakin 3 gündür ki, Bakı Nəqliyyat Agentliyindən bu mövzu ilə bağlı heç bir cavab ala bilmədik.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






280 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR