İsmayıllıda internet problemi şagirdlərin işini çətinləşdirir - VİDEO

23.09.2020 19:51

İsmayıllı rayonu, Balik kəndinin sakinləri ev telefonlarından və internet xidmətindən istifadə edə bilmirlər.

Xezerxeber.az-ın məlumatına görə, səbəb rabitə xətlərinin yararsız vəziyətdə olmasıdır.

Sakinlərin sözlərinə görə, kəndin telefon xətləri yenilənməli və internet kabel çəkilməli idi. Bu məqsədlə işlərə start verilib, yeni dayaqlar basdırılıb. Amma bir müddətdən sonra proses dayandırılıb, gətirilən kabellər isə bir küncdə qalıb.

Yeni tədris ilinin başlaması və dərslərin müəyyən hissəsinin onlayn formada keçirilməsi isə internetə olan tələbatı çoxaldıb. Odur ki, mövcud vəziyyət daha çox şagirdlərin işini xeyli çətinləşdirib.

Məsələ ilə bağlı İsmayıllı Telekommunikasiya Qovşağının baş mühəndisi Ramiz Kazımov "Xəzər Xəbər"ə bildirib ki, Balik kəndində optik kabellərin çəkilməsi üçün lazım olan avadanlıqlar gətirilmədiyindən işlər yarımçıq qalıb. Qurum rəsmisi qeyd edib ki, mövcud vəziyyətlə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məktub göndərilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






283 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR