Görmə imkanları məhdud abituriyentlər üçün 20 plan yeri ayrılıb - VİDEO

23.09.2020 19:29

Əlillərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların təhsil imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Xezerxeber.az-ın məlumatına görə, bu çərçivədə görmə imkanları məhdud abituriyentlər üçün ödənişsiz əsaslarla 20 plan yeri ayrılıb.

Plan yerləri yalnız 1 nömrəli Bakı Tibb Kollecinin "İdman və müalicə masajı" ixtisası üzrə nəzərdə tutulub. Birinci və ikinci dərəcəli görmə məhdudluğu olan abituriyentlər qəbul imtahanının birinci mərhələsində topladıqları bal əsasında müsabiqədə iştirak edirlər.

Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə bildirib ki, müsabiqdə iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı davam edir.

Görmə imkanları məhdud abituriyentlər sentyabrın 26-dan 30-a qədər ixtisas seçimində iştirak edə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






179 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR