Dərs ili başlayandan 121 nəfərdə koronavirus aşkarlanıb - Məktəblər bağlanacaq? - VİDEO

22.09.2020 21:15

Dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanıb.

Xezerxeber.az-ın məlumatına görə, Bakıda müəllim və şagirdlərdə koronavirusun aşkar edilməsi səbəbindən 4 sinfin fəaliyyəti distant formaya keçirilib.

Təhsil nazirinin müşaviri Rüstəm Ağayevin sözlərinə görə, yoluxmanın qeydə alındığı ərazilər Nizami, Yasamal və Sabunçu rayonlarıdır.

Quba rayonu, Qamqam kənd orta məktəbində isə 8 müəllim koronavirusa yoluxub. Buna görə məktəbdəki əyani formada tədris dayandırılıb. Müəllimlər arasında kütləvi yoluxmanın səbəbi olaraq sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsi ehtimal olunur.

Mütəxəssislər isə təhsil ocaqlarında belə halların qeydə alınmasını vətəndaşların bu məsələyə biganə yanaşması ilə əlaqələndirirlər.

Təhsil Nazirliyindən o da bildirilib ki, vəziyyətlə bağlı hələlik məktəblərin bağlanması məsələsi gündəlikdə deyil.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






282 dəfə oxunub

XƏBƏRLƏR

24.10.2020 22:19

Tramp erkən səs verdi

ÇOX OXUNANLAR