Məktəbin yaxınlığındakı transformator təhlükə yaradır - Sakinlər narahatdır - VİDEO

22.09.2020 19:24

Astara rayon, Maşxan kənd orta məktəbində dərs alan şagirdlərin valideynləri məktəbin arxa hissəsində qapısı olmayan elektrik transformatorundan narahatdırlar.

Xüsusilə yağışlı hava şəraitində uşaqların köhnəlmiş, eləcə də naqilləri açıqda olan, qoruyucu hasara alınmayan və qapısı olmayan transformatorun yanında oynaması ciddi hadisə ilə nəticələnə bilər.

Xezerxeber.az-ın məlumatına görə, dəfələrlə məktəbin təsərrüfat işləri müdirinə məsələ ilə bağlı müraciət etdiklərini deyən valideynlər bildirdilər ki, məktəbdən məsələ ilə bağlı onlara deyil, Astara Elektrik Şəbəkəsinə müraciət edilməyini məsləhət görüblər.

Valideynləri daha çox narahat edən məsələlərdən biri də məktəbin həyətində olan sanitar qovşağın transformatora yaxın ərazidə olmasıdır.

Qapısı olmayan transformatorla bağlı məktəbin müdiri Bəylər Həsənov bildirdi ki, Astara Elektrik Şəbəkəsinə müraciət edblər. Ancaq bir il keçməsinə baxmayaraq məsələ hələ də həllini tapmayıb. Astara Elektrik Şəbəkəsindən isə bildirildi ki, transformator daş hasarın içərisindədir. Gərginliyin yüksək olan tərəfi dəmir qapı ilə bağlıdır. Digər tərəfin qapısı isə çürük olduğundan içərisinə mal-heyvan girməsin deyə taxta qoyulub. Sabah isə çürük olan qapının yerinə təzə dəmir qapı qoyulacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






198 dəfə oxunub

XƏBƏRLƏR

24.10.2020 22:19

Tramp erkən səs verdi

ÇOX OXUNANLAR