Bakı
18 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Eşitmə və danışma məhdudiyyətli şəxsə əlillik dərəcəsi təyin edilmir - Səbəb nədir? - VİDEO

21.09.2020 21:30

Şəkidə anadangəlmə eşitmə və danışma məhdudiyyətləri ilə doğulmuş qıza əlillik dərəcəsi təyin edilmir.

Xezerxeber.az-ın məlumatına görə, Abbasova Təhminə 26 dekabr 2000-ci ildə Şəki rayonunda sözügedən məhdudiyyətlərlə dünyaya göz açıb.

18 yaşınadək Təhminə əlillik müavinəti alırmış.Valideynlərinin iddiasına görə, 2018-ci ildən sonra aidiyyatı qurumlara əlillik dərəcəsinin təyini üçün nə qədər müraciət etsələr də, nəticəsiz qalıb.

Təhminənin anası Qərənfil Abbasova bildirib ki, əlilliyin qiymətləndirilməsi üçün iki dəfə Respublika Mərkəzi Xəstəxanasına komissiyaya çağırılıblar və diaqnoz təsdiqlənib. Buna baxmayaraq ona hələ də dərəcə təyin edilməyib.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin mətbuat katibi Gülnar Əzizova bildirilib ki, qanunvericiliyə görə, anadangəlmə eşitmə və görmə qüsuru ilə doğulan uşaqlara 18 yaşa qədər əlillik dərəcəsi təyin edilmir. Belə uşaqlar yalnız sağlamlıq imkanlarının məhdudluğuna görə sosial müavinət alırlar. Uşağın 18 yaşı tamam olduqdan sonra əlilliyin qiymətləndirilməsi üçün yaşayış yeri üzrə qeydiyyatda olduğu səhiyyə müəssisəsinə müraciət edilməlidir. Səhiyyə müəssisəsi tərəfindən şəxsin diaqnozunu təsdiq edən müayinələr, ixtisaslaşmış həkim rəyi və digər məlumatlar əsasında forma 88 tərtib edilərək elektron qaydada Əlillik Altsisteminə göndərilir.

Gülnar Əzizova Təhminə Abbasovaya əlillik dərəcəsinin təyini üçün edilmiş müraciətə hansı səbəbdən imtina verilməsinə də aydınlıq gətirib.

Agentlik sözçüsü onu da əlavə edib ki, qeyd edilən diaqnoz əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına əsasən 3-cü dərəcə müddətsiz əlillik təyinatına əsas verir. Bunun üçün vətəndaş prosedura uyğun şəkildə müraciət etməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






282 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR