"Əsrin müqaviləsi": Azərbaycan müasir və güclü dövlətə çevrilib - VİDEO

19.09.2020 20:53

Azərbaycan müasir və güclü dövlətə çevrildi, iqtisadi inkişafa nail olundu və ölkəmiz dünyada tanındı. Bütün bunlara 1994-cü ildə ümummilli lider Heydər Əliyevin böyük səyləri sayəsində imzalanmış "Əsrin müqaviləsi" və onun uğurla reallaşdırılması nəticəsində nail olundu.

Xezerxeber.az-ın məlumatına görə, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, Heydər Əliyev tərəfindən müəyyənləşdirilən neft strategiyası nəticəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymaqla yanaşı, xarici sərmayədarlar ölkəmizin neft yataqlarının işlənilməsinə də cəlb edildi.

Dəyəri 7,4 milyard dollar olan "Əsrin müqaviləsi"ndə dünyanın 7 ölkəsini təmsil edən 11 beynəlxalq neft şirkəti iştirak edib. İlkin hesablamalara görə "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərinliklərindən çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən, neft ehtiyatı 1.072 milyard ton həcmində müəyyən edilib.

"Əsrin müqaviləsi"ndən sonra ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən davam etdirilən neft strategiyası nəticəsində 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalanıb. Məsələn, 1997-ci il noyabrın 7-də "Çıraq" platformasından ilk neft hasil edilib və növbəti mərhələlər uğurla həyata keçirilib. 1997-ci ilin sonlarında isə neft Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməyə başlanılıb.1999-cu ildə Qara dənizin digər limanına - Supsaya Bakıdan neft kəməri çəkilib və istifadəyə verilib. 1999-cu ilin dekabrında da Azərbaycan nefti ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarılıb.

İbrahim Əhmədov bildirib ki, Azərbaycanın beynəlxalq bazarlarda iştirakının genişləndirilməsi ölkənin qüdrətini daha da artırıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






315 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR