Bakı
18 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Dildə sülh, əldə silah - Yaxud Ermənistan ordusu ümidini qadınlara bağlayıb - VİDEO

19.09.2020 20:26

Ermənistanın baş naziri və onun həyat yoldaşı özlərini dünyaya sülh carçısı kimi göstərsələr də, hərəkətləri bunun tam əksindən xəbər verir. Anna Akopyan bu dəfə erməni qadınlarını hərbi təlimlərə çağırıb. O, bununla şəxsi səhifəsində paylaşım edib və 18-27 yaşlı erməni qadınlar üçün 45 günlük hərbi təlimlərin keçiriləcəyini elan edib.

Millət vəkili Sevil Mikayılovanın sözlərinə görə, son zamanlar Ermənistanda tez-tez müharibə çağırışları edilir və bu ölkənin tanınmış şəxsləri də bu kampaniyada yaxından iştirak edir.

Anno Akopyan çağırışında təlimlərdə qadınların əsl hərbçi həyatı yaşayacaqlarını, hər gün səhər saat 7-nin yarısı yuxudan duracaqlarını, həm dərslərin, həm də tətbiqi məşğələlərin keçiriləcəyini açıqlayıb. Üstəlik, təlimə qatılanların işdən azad edilməsinə icazə verilməyəcəyini də qeyd edib.

Ermənistan baş nazirinin həyat yoldaşı, təlim müddətində foto və video çəkilişlərə icazə verilməyəcəyini, imtahandan keçənlərin isə ödənişlə hərbi xidmətə qəbul ediləcəklərini bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






245 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR