Bakı
18 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Bakıda piyada səkisinin üzərində işıq dirəyi və yol nişanları quraşdırılıb - VİDEO

19.09.2020 19:57

Bakıda piyadaların istifadə etdikləri səkinin düz ortasına işıq dirəyi quraşdırılıb. Bu isə səkidən istifadə edən piyadaların işini çətinləşdirib.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Bakının Xətai rayonu, Məzahir Rüstəmov küçəsinin Seyid Əzim Şirvani küçəsi ilə kəsişməsində yerləşən ərazidən gedir.

Yol və səkiətrafı hissələr yeni təmir olunduğundan səkinin düz ortasına işıq dirəyi quraşdırılıb.

Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov ''Xəzər Xəbər''ə bildirib ki, səkiyə qoyulan işıq dirəyinin piyadalara problem yaratmaması üçün kənar hissədə genişləndirmə işləri aparılır. Yəni piyadalar işıq dirəyinə çatdığı zaman genişləndirilən hissədən keçməklə yollarına davam edəcəklər.

Piyadaların narazılığına səbəb olan digər bir məsələ isə işıq dirəkləri ilə yanaşı, yol nişanlarının da səkinin hərəkət hissəsinə qoyulmasıdır. Bu problem də tezliklə həllini tapacaq.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, həmin nişanlarla bağlı təhlillər aparılacaq və ehtiyac duyularsa yeri dəyişdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






253 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR