Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Yaşayış binasının həyətini kim zəbt edib? - VİDEO

18.09.2020 21:52

Sakinlərin istirahət yeri və uşaqların idman meydançası hasara alınaraq yerində fərdi yaşayış evləri tikilib. Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 may küçəsində yaşayan sakinlər məhz bu səbəbdən hazırda həyətlərinə düşüb istirahət edə bilmirlər. Qaradağ Rayon İcra Hakimiyyəti məsələyə münasibət bildirib.

 


 

 

Beşmərtəbəli yaşayış binasının həyəti və uşaqların idman meydançası zəbt edilərək yerində fərdi yaşayış evləri tikilib.

 

 

Paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 may küçəsi, bina 10-da yaşayan sakinlər həyətlərinə düşüb istirahət edə bilmirlər. Səbəb isə ərazinin müəyyən şəxslər tərəfindən zəbt edilərək yerində 2 ədəd fərdi yaşayış evinin tikilməsidir. Sakinlər iddia edirlər ki, sərt karantin rejimi tətbiq edilən zaman qəfildən həyət sahəsi hasara alınaraq evlərin tikintisinə başlanılıb. Elə problemlər də bundan sonra ortaya çıxıb.

 

 

Binanın həyəti zəbt edildiyindən uşaqlar həyətdə deyil, yolun hərəkət hissəsində oyanayırlar ki, bu da qəzaların baş verməsini qaçılmaz edir.

 

 

Sakinlər iddia edir ki,dəfələrlə Qaradağ Rayon İcra Hakimiyyətinə bununla bağlı müraciət etsələr də şikayətlərinə baxan olmayıb. Çəkiliş apardığımız zaman zəbt edilən ərazidə hələ də tikinti işlərinin getdiyinin şahidi olduq. Sakinlərin narazılığına səbəb olan bu məsələ ilə bağlı həmin evlərin sahibi Həsrət Alıyev ''Xəzər Xəbər''ə münasibət bildirdi.

 

 

Həsrət Alıyev həmçinin onu da qeyd etdi ki, evlərin tikildiyi torpaq sahəsini başqa bir şəxsdən alıb. Bu torpaq sahəsinə çıxarış almaq üçün müxtəlif məhkəmələrdə məsələ qaldırılıb və məhkəmənin qərarı ilə həmin torpaq sahəsinə çıxarış verilib. Bundan sonra isə itikinti işlərinə başlanılıb. Problemlə bağlı Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Namizəd İsmayılov isə bildirdi ki, həmin yaşayış binasının qarşısında ümumiyyətlə uşaq meydançası olmayıb, həmin hissə boş ərazidir. Tikinti işlərinin aparılmasına gəldikdə isə Namizəd İsmayılov bu qərarın icra hakimiyyəti tərəfindən verilmədiyini bildirdi.

 

 

Qurum rəsmisi vurğuladı ki, sabahdan etibarən həmin yaşayış binasının qarşısında həm sakinlərin, həm də uşaqların istirahət edə bilmələri üçün şərait yaradılacaq.


© xezerxeber.az

FOTOQALERIYA






286 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR