Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

"Xəzər" Televiziyası növbəti sosial layihəyə imza atıb - VİDEO

18.09.2020 21:25

Prezident İlham Əliyev və 1-cı Vitse Prezident Mehriban Əliyeva cəmiyyətin bütün təbəqələrini o cümlədən paralimpiyaçıları diqqət mərkəzində saxlayıblar. Elə televiziyamız da bir çoxlarına nümunə ola biləcək gözəl bir addım atıb. Fiziki imkanları məhdud olan iki nəfər Xəzər TV-yə işə götürülüb. Bu gün televiziyamızda bununla bağlı maraqlı bir görüş keçirilib. Milli Paralimpiya Komitəsinin əməkdaşları həm televiziyamızın binasını gəziblər, həm də gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar. Bildirilib ki, televiziyamızın fiziki məhdudiyyətli şəxslərə istiqamətlənən bu addımı bundan sonra da davam edəcək və Xəzər TV bu insanların sosial aktivliyinin təmin edilməsi üçün əlindən gələni edəcək..

 

 


 

 

Paraşütdən tullanan, peşəkar üzgüçülüklə məşğul olan, əlil arabasında qılınc oynadan və bütün bu fəaliyyətlərinə görə müxtəlif mükafatlara layiq görülən bu paralimpiyaçılarımız artıq Xəzər televiziyasının əməkdaşlarıdır... Qəndab Əkbərli və Cəmilə Məmmədli bu gündən etibarən bizimlə çiyin-çiyinə işləyəklər...

 

 

Xəzər Televiziyası fiziki imkanları məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün əməli addımlar atır. Bu gün Azərbaycan Milli Paralimpiya Komitəsinin üzvləri Xəzər TV və onun fəaliyyəti ilə yaxından tanış olub, studiyalarımızı gəziblər.

 

 

Televiziyanın Baş direktoru Murad Dadaşov Xəzər TV-nin fiziki imkanları məhdud olan şəxslərlə bağlı atdığı bu addımın "biz birlikdə güclüyük" prinsipinə əsaslandığını vurğulayıb.

 

 

 

Milli Paralimpiya Komitəsinin sədri İlqar Rəhimov isə öz növbəsində bu addıma görə təşəkkürünü bildirib və qeyd edib ki, vaxt var idi əlillər cəmiyyət arasına çıxmırdılar və heç bir ictimai fəaliyyətlə məşğul deyildilər, çünki onlara şərait yaradılmırdı. Ancaq Xəzər TV bu təşəbbüsü ilə digər şirkətlərə nümunə göstərmiş oldu. İlqar Rəhimovun sözlərinə görə, Milli Paralimpiya Komitəsi də özündə fiziki məhdudiyyətli şəxslərin sosial həyatının yaxşılaşdırılmasına xidmət edən bir çox fəaliyyəti birləşdirir:

 

 

 

Xəzər televiziyasında fiziki imkanları məhdud olan şəxslər üçün iş imkanları yaradılır və bu imkanların getdikcə genişləndirilməsi nəzərdə tutulur. Paralimpiyaçı Qəndab Əkbərli və Cəmilə Məmmədlinin Xəzər TV-də fəaliyyətə başlaması da bu prinsipə xidmət edir...

 

 

Qəndab Əkbərli bir neçə idman növ ilə məşğuldur. O, üzgüçülük, əlil arabasında qılınc oynatma, dörd min metrlik məsafədə 4 dəfə paraşütlə tullanma, eləcə də marafon birincisidir. Cəmilə Məmmədli isə paralimpiyaçı olmaqla yanaşı, həm də aktrisadır. O, Əsa teatrında çıxış edir.

 

 

 

Fiziki məhdudiyyət cəmiyyətə inteqrasiya olunmağa əngəl deyil. Hamımız belə insanlara xüsusi diqqət və qayğıyla yanaşmalı, onların sıralarımızda təmsil olunması üçün çalışmalıyıq. Elə Xəzər televiziyası da özünün fəaliyyətində bu kimi məqamlara üstünlük verir. Xoş gəlmisiniz, əziz paralimpiyaçı əməkdaşlarımız!

 

 

© xezerxeber.az

FOTOQALERIYA






300 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR