Xəstəxananın ətrafı tullantılardan təmizləndi - VİDEO

18.09.2020 21:15

İki gün əvvəl Yevlax Mərkəzi Xəstəxanasında istifadə olunan tibbi tullantıların müəssisənin ətrafına atılması haqda xəbər vermişdik. Ərazidə yaşayanlar pandemiya dövründə belə vəziyyətin onlar üçün çox təhlükəli olduğunu bildirmişdilər. Sakinlərin haqlı narazlığına səbəb olan problem artıq öz həllini tapıb. Xəstəxana isə cərimə edilib, tullantıların daşınması üçün isə aidiyyatı qurumla müqavilə imzalanıb.

 

 


 

 

 

 

 

Xəstəxanın ətrafı üfünət qoxuyurdu, qanlı sistem şlankları, istifadə edilmiş şprislər, dərman qutuları və digər tibbi vasitələr ətarafa dağılmışdı. Görüntülər Yevlax Mərkəzi Xəstəxanasının ətrafında lentə alınmışdı. Yerli sakinlərin haqlı narazlığına səbəb olan problem, 1 gün sonra həllini tapıb.

 

 

Belə ki, Yevlax Mənzil Kommunal İstehsalat Birliyi tərəfindən Yevlax Şəhər Mərkəzi Xəstəxanasının ərazisi tullantılardan təmizlənib, əraziyə zibil konteynerləri qoyulub. Problemə dərhal reaksiya verilməsi sakinləri də sevindirib.

 

 

 

Reportajimizdan sonra Yevlax Şəhər Mərkəzi Xəstəxanası maliyyə problemini həll edərək Yevlax Mənzil Kommunal İstehsalat Birliyi ilə müqavilə bağlayıb. Bundan əlavə İnzibati Xətalar Məcəlləsinin 266.4 maddəsi ilə Yevlax Mərkəzi Xəstəxanasının rəhbərliyi cərmələnib.


© xezerxeber.az

FOTOQALERIYA






247 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR