Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Tofiq Yaqublu ev dustaqlığına buraxıldı - VİDEO

18.09.2020 21:10

Müsavat partiyasının üzvü Tofiq Yaqublu haqqında olan qərar dəyişdirilib. Bu gün o, ev dustaqlığına buraxılıb. Həkiminin sözlərinə görə , Tofiq Yaqublu aclıq aksiyasını da dayandırıb. Millət vəkilləri və ziyalılar bildiriblər ki, Tofiq Yaqublu haqqında verilmiş yeni qərar dövlətin humanizm siyasətinin bariz nümunəsidir.

 

 

Tofiq Yaqublu ev dustaqlığına buraxıldı.

 

 

Müsavat partiyasının üzvü Tofiq Yaqublu 4 il 3 ay həbs cəzasına məhkum edilmişdi. O, təcridxanada olduğu dövrdə qanunvericiliyə uyğun olaraq maddi-məişət şəraiti ilə təmin olunub, onun hüquqları məhdudlaşdırılmayıb, ailə üzvləri və vəkilləri ilə mütəmadi görüşüb və telefon vasitəsilə əlaqə saxlayıb. Həmçinin, yerli və xarici təşkilatların onunla görüşünə də şərait yaradılıb.

 

 

O, saxlandığı 3 saylı istintaq təcridxanasında sentyabrın 2-dən yemək qəbulundan imtina edib. Bununla əlaqədar səhhəti həkim nəzarətinə götürülüb və o, təcridxananın tibb məntəqəsinə köçürülüb. Eyni zamanda, onun şəxsən tanıdığı mülki sektorun həkimi Adil Qeybullanın konsultasiyası təşkil edilib və özəl hospitalların birində müalicəsi davam etdirilib..

 

 

Bu gün isə Bakı Apellyasiya Məhkəməsində ilkin baxış keçirilib və məhkəmə humanistlik göstərərək Tofiq Yaqublu barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib. Həkim Adil Qeybulla isə bildirib ki, Tofiq Yaqublu aclığı da dayandırıb.

 

 

Millət vəkili Hikmət Babaoğlu bildirir ki, Tofiq Yaqublu haqqında qərarın dəyişdirilməsi dövlətin növbəti humanist addımı, insan həyatını ən ali dəyər kimi qiymətləndirməsinin ən bariz nümunələrindən biridir.

 

 

 

Radikal müxalifətin və 5-ci kolonun bu qərarı "qələbə" kimi yozması, bundan sui-sitifadə edərək müxtəlif qeyri-qanuni çağırışlar səsləndirməsi bir daha göstərir ki, onlar üçün insan həyatının heç bir dəyəri yoxdur. Bu cür şəxslər öz məqsədləri üçün ən ali prinsipləri belə tapdamağa hazırdırlar.

 

 

 

Tofiq Yaqublunun Apelyasiya şikayəti ilə bağlı digər xüsusatlara daha sonra baxılacaq.

 

 

 

© xezerxeber.az

FOTOQALERIYA






230 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR