Peyvəndlərin aparılması bərpa edilib - VİDEO

18.09.2020 20:56

Uşaqların peyvəndlənməsi bərpa edilib. Peyvəndlərin aparılması hər zaman olduğu kimi milli peyvənd təqviminə uyğun həyata keçirilir. Xatırladaq ki, ölkədaxili sərt karantin dövründəpoliklinikalarda bu kimi proseslər məhdudlaşdırılmışdı.Bəs bundan sonra proses necə həyata keçiriləcək ?

Uşaqlar arasındapeyvəndlərin aparılması bərpa edilib.

Karantin qaydalarının yumşalmasından sonra poliklinikalarda yenidən bu prosesə başlanılıb. Eyni vəziyyət uşaq tibb müəssisələrində uşaqların planlı peyvəndlərlə əhatə olunmasına da aiddir.

Bakı şəhər baş səhiyyə idarəsi, Ambulator-poliklinik xidmətin təşkilisektorunun məsləhətçisi Ofelya Fərəcova bildirib ki, 6 yaşadək uşaqlar arasında peyvəndləmə aparılır. Poliklinikalarda tətbiq edilən qəbul qaydalarını isə belədir.

Ofelya Fərəcova qeyd edib ki, poliklinikalarda sahə həkimi və ya ixtisaslı həkimlərin qəbuluna rahatlıqla düşmək üçün vətəndaşlar poliklinikanın qeydiyyat şöbəsinə müraciət edib, yazılırlar. Öncədən təyin olunan vaxtda qəbula gəldiklərinə görə heç bir sıxlıq yaşanmır.


© xezerxeber.az

FOTOQALERIYA






271 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR