Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Şəmkirdə bir qrup sakin su qıtlığından əziyyət çəkir - VİDEO

18.09.2020 20:32

Şəmkir şəhərində bir qrup sakin su qıtlığından əziyyət çəkir. Sakinlərin sözlərinə görə həm gündəlik məişətdə, həm də həyətyanı sahələrin suvarılmasında ciddi çətinlik yaranıb. Məsələyə aidiyyatı qurum münasibət açıqlayıb. Məlumata görə , hazırda sözügedən ərazidə susuzluq probleminin həlli üçün müxtəlif planlar üzərində məsləhətləşmələr aparılır.

 

 

 

Nə içməyə su tapırlar, nə işlətməyə, nə də həyət-bacanı suvarmağa. Görüntülər Şəmkir şəhəri Vətən küçəsindəndir.

 

 

Aylardır susuzluqdan əziyyət çəkən sakinlər vəziyyətdən müxtəlif yollarla çıxmağa çalışırlar.

 

 

Sakinlərin sözlərinə görə bu ərazidə yaşadıqları əvvəlki illər ərzində də su təminatı ürəkaçan olmayıb.

 

 

Şəmkir su-kanal sahəsində də sözügedən ərazidə su çatışmazlığı ilə bağlı problemin olduğunu qəbul edirlər. Qurumun mühəndis qrupunun rəhbəri Ruslan Abdullayev deyir ki, mövsüm quraq keçdiyinə görə su hövzələri kifayət qədər qidalana bilməyib və belə çətin vəziyyət yaranıb.

 

 

Qurum rəsmisinin sözlərinə görə su təminatını yaxşılaşdırmaq üçün anbarlara əlavə su axını təmin edilməlidir. Hazırda bu istiqamətdə müxtəlif planlar üzərində məsləhətləşmələr aparılır.


© xezerxeber.az

FOTOQALERIYA






212 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR