Bu gün Milli Musiqi Günüdür - VİDEO

18.09.2020 19:34

Sentyabrın 18-i yəni bu gün Azərbaycan musiqi mədəniyyətinin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. Bu gün, təkcə , musiqisevərlərin yox, həm də xalqımızın bayramıdır. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını Maestro Niyazi qoyub. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir Bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın milli musiqi günü kimi qeyd olunması qərara alınıb.

 

 

 

"O olmasın, bu olsun", "Arşın mal alan", "Koroğlu", "Aşıq sayağı"....

 

 

Bu əsərlər milli qürurumuz və incəsənətimizin bariz nümunələridir.

 

 

O isə bu əsərlərin qurucusu, Azərbaycanın peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəylidir.

 

1995-ci ildən bu gün ölkəmizdə Üzeyir Hacıbəylinin adı və onun doğum gününün şərəfinə Milli Musiqi günü kimi qeyd olunur.

 

 

Qeyd edək ki, Milli Musiqi günü münasibətilə ilə mədəniyyət və incəsənət xadimləri l Fəxri Xiyabanda Üzeyir Hacıbəylinin və digər musiqi xadimlərinin məzarlarını ziyarət ediblər.

© xezerxeber.az

FOTOQALERIYA






200 dəfə oxunub

XƏBƏRLƏR

24.10.2020 22:19

Tramp erkən səs verdi

ÇOX OXUNANLAR