Ölkədaxili turlar yenidən bərpa olundu - VİDEO

16.09.2020 20:12

Bölgələrə təşkil olunan turlara yenidən start verilib. Müxtəlif turizm şirkətləri tərəfindən həyata keçirilən bu turlar 7 nəfərlik kiçik sərnişin avtobusları ilə reallaşdırılır. Qiymətlər isə əvvəlki ilə müqayisədə bahadır.

 

 

 

Ölkədaxili turlar yenidən bərpa olunub.

 

 

Minivanlar ilə təşkil olunan turlarda maksimum 7 nəfər iştirak edə bilər. Yolboyu bütün turistlər maskadan istifadə etməli, avtomobillər isə dezinfeksiya vasitələri ilə təmin olunmalıdır. Turizm şirkətlərindən birinin rəhbəri Fariz Hacıyev deyir ki, turlara təlabat çoxdur, lakin vətəndaşlar qiymətlərdən narazılıq edirlər. Çünki, əvvəlki ilə müqayisədə eyni turun qiyməti indi daha bahadır. 1 gecə 2 günlük qiymətlərdə minimum 20 manat artım var.

 

 

Fariz Hacıyevin sözlərinə görə, qiymətin baha olmasına səbəb ümumi xərclərin 6-7 nəfər arasında bölünməsidir.

 

 

Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, pandemiya dövründə turizm şirkətləri ilə bölgələrə səfər etməyi düşünən turistlər tur paketin şərtlərinə diqqət yetirməli, gecələmək üçün otellərə üstünlük verməlidirlər.

 

 

Qeyd edək ki, hazırki vəziyyəti nəzərə alan bölgələrdəki əksər otellər qiymətləri 20-30% endirib. Hətta, bəzi otellərdə əvvəlkindən fərqli olaraq, həftə içi və həftə sonu qiymətlər də eyniləşdirilib.


© xezerxeber.az

FOTOQALERIYA






203 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR