Güclü külək Zaqatalada fəsadlar törədib - VİDEO

16.09.2020 20:00

Güclü külək nəticəsində Zaqatalada evlərin dam örtüyünün dağılmasına səbəb olub. Bir neçə kənddə elektrik enerjisinin verilməsində fasilə də yaranıb.

 

 

Zaqatalada güclü külək bir sıra fəsadlar törədib.

 

 

Dünən axşam radələrindən başlayaraq rayon ərazisində qeyri-sabit hava şəraiti hökm sürüb. Bu cür hava şəraiti bir neçə saaat davam edib və daha çox rayonun Muğanlı, Faldar, Qandax, Mosul, Yengiyan və Kəpənəkçi kəndlərinin yerləşdiyi ərazilərdə büruzə verib. Evlərin və tikililərin damını uçurub.Ağaclar qırılaraq yola tökülüb.

 

 

Güclü külək Muğanlı kənd tam orta məktəbinə də ciddi zərər yetirib.

 

 

Gecə saatlarından rayon Fövqəladə Hallar Komissiyasının üzvləri kəndlərdə olub. Təbii fəlakətin aradan qaldırılması istiqamətində işlər həyata keçirilir.

 

 

Komissiya sədri bildirdi ki, müvafiq qurumların nümayəndələri əraziyə baxış keçirib, dəymiş ziyanın aradan qaldırılması istiqamətində araşdırmalara başlanılıb.

 

 

© xezerxeber.az

FOTOQALERIYA






200 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR