Polis Xətai rayonunda reyd keçirdi - VİDEO

16.09.2020 19:45

Xüsusi karantin rejimi ilə əlaqədar müəyyən yumşaldılmalara gedilməsi bəzi vətənaşlarda sanki arxayınlıq yaradıb. Marşurt avtobuslarında sərnişinlərin çox hissəsi tibbi maskadan istifadə etsə də, bu qaydaya əməl etməyənlər yenə də var. Polis əməkdaşları tərəfindən keçirlən reyd zamanı qaydanı pozan həm sərnişinlərə, həm də sürücülərə xəbərdarlıq edilib.

 

 


 

Marşurt avtobuslarında tibbi maskadan istifadə məcburi olmasına baxmayaraq, hələ də bu qaydaya əməl etməyənlər var. Keçirilən reyd zamanı onlar polis əməkdaşları tərəfindən aşkar edildi.

 

 


Xətai rayon polis idarəsinin əməkdaşlarının metronun Xətai stansiyasının qarşısında təşkil etdiyi reyd zamanı məlum oldu ki, müxtəlif marşurt avtobuslarında sərnişinlərin əksəriyyəti tibbi maskadan istifadə etsədə, onlar arasında bu qaydaya əməl etməyənlərdə kifayət qədərdir. Polis əməkdaşları həmin şəxslərə xəbərdarlıq etdi.

 

 


Maraqlısı budur ki, dəfərlə xəbərdarlıq edilməsinə baxmayaraq bəzi xətt üzrə fəaliyyət göstərən marşurt avtobuslarının sürücüləri də tibbi maskadan istifadə etmir. Sərnişin və sürücülər arasında qaydaya əməl edənlərdən bəziləri isə, tibbi maskanı düzgün geymir.

 


Bakı Nəqliyyat Agentliyindən ''Xəzər Xəbər''ə bildirildi ki, marşurt avtobuslarında həm sürücülərin, həm də sərnişinlərin tibbi maskadan istifadə etmələri ilə bağlı agentlik onlara yalnız tövsiyə verə bilər. Bu məqsədlə agentliyin əməkdaşları ilə yanaşı, könüllülər də bu işə cəlb olunublar. Qeyd edək ki, inzibati xətalar məcəlləsinin 211.2-ci maddəsinə görə, ictimai nəqliyyatda tibbi maskadan istifadə etməməyə görə fiziki şəxslər 100 manat miqdarında cərimə oluna bilərlər.

© xezerxeber.az

FOTOQALERIYA






195 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR