“BakuBus” avtobusları depoda belə yoxlanılır - VİDEO

16.09.2020 19:33

Bu gecə ''BakuBus'' avtobuslarının deposuna mediatur təşkil edilib. Jurnalistlər depoda avtobuslara edilən gündəlik və dövrü texniki qulluğu yerində izləyiblər.

 

 

 

Əvvəlcə son reysdən qaraja gələn avtobusun içərisində sərnişinlərə məxsus əşyanın qalıb-qalmadığı yoxlanır.

 

 

Daha sonra isə sürücü avtobusu depoda təhvil verərək evinə gedir. Bundan sonra isə avtobusların gündəlik və dövrü texniki qulluğu start görürür.

 

 

Bura ''BakuBus'' MMC-nin avtobus deposudur. Yüksək standartlara uyğun qurulan depoda mexaniklər qaraja gələn avtobusları bir-bir yoxlayır.

 

 

Texniki baxışdan çıxan avtobuslar yuma məntəqəsinə göndərilir. Növbəli şəkildə xidmətə çıxan bütün avtobusların yuyulması həyata keçirilir.

 

 

Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Mais Ağayev deyir ki, ''BakuBus'' avtobuslarının qaraj idarəetmə sistemi beynəlxalq norma və standartlara uyğun qurulub.

 

 

Səhər isə saz vəziyyətə gətirilən avtobuslar xidmət üçün paytaxt küçələrinə çıxarılır.

© xezerxeber.az

FOTOQALERIYA






227 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR