Fermerin su problemi həll edildi - VİDEO

16.09.2020 19:25

Salyan rayonu Yenikənd kənd sakini Səhərbər Məlikov 4 hektar yonca sahəsinisuvara bilmədiyi üçün dövlətbaşçısına müraciət edib. Verilən tapşırıqdan sonramövcud problem aradan qaldırılıb. Hazırda fermer yonca biçininə hazırlaşır. Deyir suvarmadan sonra məhsul boldur.

Kür çayındayaranmış su qıtlığıəkin sahələrinin suvarılmasında ciddi problemə səbəb olmuşdu. Fermerlərtəsərrüfatları suvara bilmədikləri üçün narahat idilər. Belə fermerlərdən biri də Salyan rayonunun Yenikənd sakiniSəhərbər Məlikovdur. Fermer deyir ki, 2 il əvvəl 4 hektar yonca əkib, indi onu suvarmaq lazım olanda su tapa bilməyib. Çıxılmaz vəziyyətdə qalan fermer dövlətbaşçısına müraciət edib. Tapşırıq veriləndən sonra problem həllini tapıb.

Salyan Rayon SuvarmaSistemləri İdarəsindənbildirdilərki, əkin sahələrinin suvarılmasında yaranan problemlərkür çayında fəaliyyət göstərən nasosların müəyyən dövür ərzində dayanması ilə əlaqədar idi. Görülən tədbirlər nəticəsində nasosların fəaliyyəti yenidən bərpa edilib. Hazırdaəkin sahələrinin suvarılmasında heç bir problem yoxdur.

Hazırda SəhərbərMəlikov yonca sahəsində növbəti biçinə hazırlaşır.

© xezerxeber.az


185 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR