Xəzər Xəbər

Bu məhsul bazarda həm keyfiyyəti, həm də ucuz olması ilə diqqəti çəkir VİDEO

Veb TV | 20:48 • 6 Sentyabr 2020
Bu məhsul bazarda həm keyfiyyəti, həm də ucuz olması ilə diqqəti çəkir

Goranboyda - dağlar qoynunda yerkökü becərilir. Maraqlı məqam odur ki, bitki dəmyə şəraitində yox, süni suvarma-çiləmə ilə yetişdirilir. Təsərrüfat sahibi aranda yetişən kökün, dağda yetişdiriləndən daha dadlı olduğunu deyir. Bir sözlə, bazarda artıq dağ kökü öz müştərisini tapıb.

Yamyaşıl sahələrdə iş gedir. Sahələrdə olan bol məhsul yığılaraq satışa hazırlanır.

Yenikənd Goranboyun dağlıq ərazidə yerləşən yaşayış məntəqələrindəndir. Artıq bir neçə ildir burada toxumu xaricdən gətirilən yerkökü becərilir. Dağlıq ərazidə yetişən bitki yüksək məhsuldarlığa malikdir - 1 hektara 25-30 ton. Yerkökü sahələrdən xüsusi texnikalarla toplanır. Torpaqda qalan az miqdarda məhsul isə əl əməyi ilə yığılır.

Dağ kəndində yetişdirilən məhsul, əsasən daxili bazara çıxarılır. Təsərrüfat sahibi Şakir Hüseynov artıq "Goranboy kökü"nün öz alıcısı olduğunu deyir.

Hazırda sahələrdən toplanan yerkökü daxili bazarda 60-70 qəpiyə təklif edilir.

Xəbər lenti

Çox oxunanlar