Paşinyan hələ belə rüsvay olmamışdı - VİDEO

14.08.2020 20:51

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə aciz vəziyyətə düşüb, özü də dünya qarşısında. BBC telekanalında yayımlanan "Hardtalk" verilişində qonaq olan Paşinyan aparıcının sualları qarşısında çətin anlar yaşayıb. İngilis dilini yaxşı bilməməsi bir yana, Nikol Paşinyan suallardan yayınmaq, yaxud da əlaqəsiz cavablar verməklə bir daha siyasi səriştəsizliyini nümayiş etdirib.

 

 

Vaxtaşırı siyasi savadsızlığını və diplomatik bacarıqsızlığını nümayiş etdirən Ermənistanın baş naziri Nikol Paşinyan bu dəfə də çətin suallar qarşısında aciz qalaraq özünü də çətin vəziyyətə salıb.

 

Böyük Britaniyanın BBC telekanalında yayımlanan "Hardtalk" verilişi sözün əsl mənasında Paşinyan üçün çətin söhbət olub. Erməni nazir verilişin aparıcısı Stiven Sakurun sualları qarşısında əməlli-başlı tər töküb. İlk əvvəl Paşinyan özünün ənənəvi "sülh formulunu" təkrar edib və deyib ki, Azərbaycan Dağlıq Qarabağın erməni əhalisinin mövqeyini nəzərə almalıdır. Aparıcı isə Ermənistanın iyulun ortalarında Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində təxribat törətməsindən, Azərbaycan mövqelərini artilleriya ilə atəşə tutmasından söz açıb. Aparıcı "Sizin siyasətiniz sülhə nail olunmasına əsaslanmır" replikasını atıb. Nikol Paşinyan mövzudan yayınaraq, Azərbaycanın Ermənistana qarşı hərbi əməliyyatlara başladığını iddia edib və fikrini də əsaslandıra bilməyib. O, mövzunu yenidən Dağlıq Qarabağ münaqişəsinə gətirib və yenə də arqumentini izah edə bilməyib. Sakur isə Paşinyana ötən ilin avqustunda Azərbaycanın işğal altındakı torpaqlarında - Xankəndidə etdiyi çıxışı xatırladıb.

 

 

Bu suala cavabında isə Paşinyan öz xəyalında formalaşdırdığı, heç yerdə yazılmayan tarixə müraciət etmək qərarına gəlib.

 

 

Lakin Ermənistan baş nazirinin bu cavabla sualın əsl məqsədindən yayınması ona baha başa gəlib. Paşinyan bu dəfə aparıcının daha çətin sualı ilə üz-üzə qalıb.

 

 

Bundan sonra Paşinyan yenə qeyd edib ki, guya Azərbaycan 90-cı illərin əvvəllərində Qarabağda yaşayan ermənilərə qarşı etnik təmizləmə həyata keçirib və münaqişə bu andan başlayıb. Ermənistan hökumət rəhbərlərinin hər zaman dediyi əzbər yalanları təkrarlayan Nikol Paşinyan beləliklə bu sual qarşısında da aciz qalaraq yayınıb.

 

"Hardtalk" verilişinin aparıcısı daha sonra Ermənistan Baş nazirinin hakimiyyətə gəldiyi vaxt sülhə nail olacağına dair verdiyi sözü necə yerinə yetirməsi ilə maraqlanıb.

 

Bu suala cavab tapmayan Paşinyan sadəcə yolun Ermənistan hökuməti tərəfindən tikilmədiyini iddia edib. Verilişin aparıcısı Paşinyana "münaqişə məsələsində Ermənistanın millətçilik mövqeyində, təqdim etdiyi strategiyada, əhəmiyyətli sülh elementinin olmadığını bildirib.

 

Ermənistan Baş naziri isə bu suala cavabında ölkəsinin guya millətçilik mövqeyindən çıxış etmədiyini qeyd edib. Stiven Sukar Paşinyana xatırladıb ki, hakimiyyətə hüquq müdafiəçisi kimi jurnalist karyerasından gəlib və hətta bir müddət siyasi məhbus kimi həbsxanada da olub.

 

Paşinyan bu suala da cavab verməkdən yayınıb. Bunun əvəzində Ermənistan baş naziri Dağlıq Qarabağ münaqişəsinin həlli yollarından danışmağa başlayıb. Stiven Sakur isə istədiyi cavabı almadığı üçün sualını yenidən təkrar etməyə məcbur olub.

 

 

Baş nazir konkret cavab əvəzinə Azərbaycanın guya insan hüquqlarını pozmasından danışmağa başlayıb. Aparıcı isə qəzəblə "Mən Azərbaycanla danışmıram, mən sizinlə danışıram" deyib. Paşinyan Sumqayıt hadisələrindən söz açıb, aparıcı Paşinyanın düzgün cavab verməyəcəyini görərək deyib: "Aydındır, siz üzr istəməyəcəksiniz!"

 

 

Lakin Ermənistan baş nazirinin çətin imtahanı bununla da yekunlaşmayıb. Aparıcı gözləmədiyi anda göz önündə olan həqiqəti onun üzünə vurub.

 

Ümumilikdə isə Ermənistanın baş nazirinin acınacaqlı duruma düşməsi həm onun ingilis dilini pis bilməsi, həm də kəsərli suallar qarşısında mövqeyinin zəif olmasından irəli gəlir. Sualların xarakteti bir daha onu göstərir ki, artıq Qərb də həm Ermənistanda mürəkkəb və ziddiyyətli daxili prosseslər, antidemokratiya, həm də Ermənistan -Azərbaycan münaqişəsinin həllində sələflərinin mövqeyini davam etdirdiyinə görə Paşinyandan üz döndərir.


Bu müsahibə Nikol Paşinyanın hələ siyasətçi kimi formalaşmadığını, təcrübəsiz və səriştəsiz olduğunu göstərdi və Ermənistanın baş naziri Münhen konfransındakı biabırçılığı daha kəskin formada təkrarladı. Məsələləri çox da dərindən bilməyən bir jurnalist qarşısında aciz qalan Paşinyanın hökumət başçıları ilə ikitərəfli və çoxtərəfli danışıqlar formatında hansı biabırçı vəziyyətlərə düşdüyünü yəqin ki təsəvvür etmək çətin deyil.

 

 

 

© xezerxeber.az

FOTOQALERIYA






421 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR