Sürücülər bu yolda çətinlik çəkir - Onların təklifləri var - VİDEO

13.08.2020 20:29

Hər gün yüzlərlə , bəlkə də minlərlə sürücü bu dairə ətrafından keçərkən təhlükə ilə üz-üzə qalırlar. Söhbət paytaxtın Babək prospektində keçmiş avtomobil bazarının qarşısındakı dairədən gedir. Həmin dairədən çıxıb üzü Koroğlu metrostansiyasına doğru hərəkət edən sürücülər kiçik bir yolu keçmək üçün çox çətinlik çəkirlər. Sürücülər ərazidə yaranan vəziyyətdən çıxış yolu kimi maraqlı təklif ediblər.

Dairədən çıxıbdüzünə hərəkət etmək istəyən sürücülər əziyyət çəkirlər.

Yol hərəkətinin təşkilində baş verən bu çətin vəziyyət paytaxtın Babək prospektində yaşanır. Xüsusən də günün pik saatlarından Babək prospektində, keçmiş avtomobil bazarı qarşısındakı dairədən üzü Mikayıl Əliyev küçəsinə keçmək sürücülər üçün müşkül məsələyə çevrilib.

Çətinliklə üzləşən sürücülər deyirlər ki, həmin ərazidə demək olar ki, hər gün yol nəqliyyat hadisəsi baş verir.

Bundan başqa pik saatlarında körpünün altında, yəni dairə ətrafında uzun tıxac da yaranır. Bir çox hallarda qəzalar da, tıxacda qalmamaq üçün baş yola girən sürücülər tərəfindən olur. Sürücülər həmin ərazidə tıxacın və qəzaların baş verməməsi üçün maraqlı təklif edirlər.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev ''Xəzər Xəbər''ə bildirdi ki, mütəxəssislər orda təhlillər aparıblar və hərəkətin işıqforla nizamlanması məqəsədə müvafiq hesab olunub.''Bəzi kiçik texniki məsələllər həll olunduqdan sonra həmin əraziyə işıqfor qoyulacaq''- deyə Mais Ağayev bildirdi.

© xezerxeber.az

FOTOQALERIYA






327 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR