Yeni strategiya Ermənistanın əsl məqsədlərini ortaya çıxardı - VİDEO

13.08.2020 20:22

Ermənilər yeni qəbul etdikləri milli təhlükəsizlik strategiyasında nəinki Azərbaycana, hətta digər ölkələrə qarşı ərazi iddiasında olduqlarını bildirirlər. ''Xəzər Xəbər''ə müsahibəsində millət vəkili Arzu Nağıyev bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan yenilənən strategiyada ölkəsini demokratik ölkə kimi təqdim etsə də əslində onun kim tərəfindən hakimiyyətə gətirilməsi və siyasi rəqiblərinə qarşı apardığı kəskin mübarizə hər kəsə bəllidir.

Ermənistanın yeni milli təhlükəsizlik strategiyasında sənəddə əks olunan bəzi məsələlər, bu ölkənin baş naziri Nikol Paşinyanın "Status-kvo"nu saxlamaq və Dağlıq Qarabağla bağlı danışıqlardan qaçmaq niyyətiniortaya qoydu. Bu məsələyə münasibət bildirən Millət vəkili Arzu Nağıyev deyir ki, Paşinyan hakimiyyəti bu strategiyanı yeniləməklə Dağlıq Qarabağ qondarma qurumunu 3-cü bir tərəf kimi ortaya qoymağa çalışır. Təbii ki, onlar buna nail ola bilməyəcəklər.

Millət vəkili hesab edir ki, Ermənistan hər zaman olduğu kimi yeni milli təhlükəsizlik strategiyasında da nəyinki Azərbaycana, həta digər öləkələrə yazılı formada olmasa da, dolayısı yolla ərazi iddiaları irəli sürür. Bu isə onların Böyük Ermənstan xülyasından xəbər verir.

Paşinyan yeni milli təhlükəsizlik strategiyasında Ermənistanda demokratik quruluş yaratdığını iddia edir. Əslində isə onun necə hakimiyyətə gəlməsi və hazırda bu ölkədə öz rəqiblərinə və jurnalistlərə qarşı apardığı represiyalar göz önündəndir.

Deputat Arzu Nağıyev onu da qeyd etdi ki, bir ölkənin Milli təhlükəsizlik strategiyası hazırlananda dövlətə, ölkəyə olan ciddi təhdidlər nəzərə alınmalıdır. Ancaq Ermənistanın yenilədiyi bu Milli təhlükəsizlik strategiyası onların əsl xislətini ortaya qoydu.

© xezerxeber.az


322 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR