Bu gün qəbul imtahanları keçirilib - VİDEO

13.08.2020 20:01

Bugün ölkəmizin 16 şəhər və rayonunda imtahan həyəcanı yaşanıb. Cari və əvvəlki ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib. İmtahanda 19 mindən çox abituriyent iştirak edib.

Bu gün cari və əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib. İmtahan 16 şəhər və rayonda baş tutub.

Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə bildirib ki, pandemiya şəraitinin tələblərinə uyğun olaraq iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlətəmin olunub

İmtahanlarda 19 mindən çox abituriyent iştirak edib.Prosesin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstəribvə imtahanın gedişi nəzarətdə olub.

İmtahan verən abituriyentlərin seçdikləri ixtisaslar fərqli olsa da təəssüratları oxşardır

Qeyd edək ki, sabah DİM-in Facebook səhifəsi və "Youtube" kanalı vasitəsi ilə canlı yayım ediləcək, mərkəzin məsul əməkdaşları tərəfindən imtahanlarda istifadə olunmuş test tapşırıqları və düzgün cavablarla bağlı geniş izahat veriləcək.

© xezerxeber.az


254 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR