Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Azərbaycanda gələn həftədən testlərin keçirilməsinə başlanılacaq - VİDEO

13.08.2020 09:16

"Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar mübarizədə növbəti həftədən seroloji testlərin keçirilməsinə başlanılacaq"

 

Bunu tibb üzrə fəlsəfə doktoru, TƏBİB Mikrobiologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərova deyib. Onun sözlərinə görə, testlər təsadüfi seçilmiş əhali qrupları arasında könüllülük prinsipi ilə aparılacaq: "Həmin şəxslərə zəng etdikdən sonra razılaşdıqları halda qeydiyyatda olduqları poliklinikada hazırlanmış tibbi heyət həmin şəxslərin evinə yaxınlaşıb qan nümunələri götürəcəklər. Layihənin məqsədi əhali arasında COVID-19 xəstəliyinin keçirilməsi haqqında təsəvvürlərin əldə olunması, xəstəliyi keçirmiş şəxslərdə yaranmış immunitet səviyyəsinin öyrənilməsidir.

 

Bəzi şəxslər koronavirusu asimptomatik keçirir. Yəni, həmin şəxsin heç bir xəbəri olmur ki, bu xəstəliyi keçirib, ya yox. Testlər vasitəsilə yoxlanılacaq ki, həmin şəxslərdə xəstəliyə qarşı immunitet formalaşıb, yoxsa yox".

 

Q.Ələkbərova qeyd edib ki, layihəyə Bakı şəhərindən başlanılacaq: "Bakıda 1500-ə yaxın şəxs tədqiqata cəlb olunacaq. Daha sonra Sumqayıt və Gəncə şəhərlərində həyata keçiriləcək. Analizlər tam təmənnasız götürüləcək. Analiz zamanı vətəndaş istəsə, qanın ümumi analizi də ödənişsiz icra olunacaq. Analizlər alındıqdan sonra laboratoriyalara göndəriləcək. Nəticə əldə edildikdən sonra maksimum 2-3 gün ərzində vətəndaşlara məlumat veriləcək. Statistik məlumatlar toplandıqdan, tam nəticələr əldə edildikdən sonra ictimaiyyətə bu barədə məlumat veriləcək".

 

Q.Ələkbərova bildirib ki, testlər 18-65 yaş qrupunda olan şəxslər arasında aparılacaq: "Bu şəxslər təsadüfi seçilənlərdir. 1-10 yaş arası uşaqlarda immunitetin formalaşması daha gec olur. Onlarda analiz daha çox neqativ nəticə verir. 65 yaş üzərində də nəticələr eynilə digər qrupdakı kimidir. Seçdiyimiz şəxslər hansısa risk qrupuna aid olan şəxslər deyil".

 

İşçi qrupun rəhbəri vurğulayıb ki, ABŞ qurumu tərəfindən təsdiq edilmiş testlərdən laboratoriyalarda istifadə olunacaq:" Bu testlərin spesifikliyi, yeni yalnış nəticəsi çox aşağıdır, 100 faizdir, həssaslığı isə 90-96 faiz arasındadır. İstifadə olunan testlər Almaniya istehsalıdır. Güvənilir nəticələr əldə ediləcək".

© xezerxeber.az


125 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR