Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Şamaxıda 60 ailənin yaşadığı bina qəzalı vəziyyətə düşüb - VİDEO

13.08.2020 09:10

Şamaxıda60 ailənin yaşadığı bina qəzalı vəziyyətə düşüb. Binada çatlar əmələ gəlib. Rayon İcra Hakimiyyətindən bildirilib ki, binanın inşası zamanı bəzi tikinti qaydalarına əməl edilməyib. Buna görə də təhlükəli vəziyyət yaranıb. İcra hakimiyyətinin baş memarı "XəzərXəbər"ə bildirib ki, bina əsaslı təmir ediləcək.

Qəzalı vəziyyətə düşən binanın üz örtüyü qoparaq tökülür. Bununla yanaşı tikilidə böyük çatlar əmələ gəlib.

Şamaxı rayonu Məhəmməd Hadi küçəsində yerləşən yaşayış binası 1988-ci ildə tikilərək istifadəyə verilib. 3 blokdan ibarət 5 mərtəbəli binanada 60 ailə yaşayır. Sakinlərin sözlərinə görə bina artıq elə vəziyyətə düşüb ki, qopan üzlüklər onların həyatı üçün təhlükə yaradır.

Binanın zirzəmisinə suyun yığılması vəziyyəti biraz da çətinləşdirir.

Məsələ ilə bağlı Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Rüstəm Əliyev bildirib ki, sözügedən binatikilərkən müəyyən konstruktiv qaydalara əməl edilməyib. Bu səbəbdən də bina qəzalı vəziyyətə düşüb. Rüstəm Əliyevin sözlərinə görə yaranmış probleminhəlli ilə bağlı qərar qəbul edilib.

Baş memar qeyd edib ki, smeta sənədləri hazırlandıqdan sonra binanın təmirinə start veriləcək.

© xezerxeber.az

FOTOQALERIYA






115 dəfə oxunub

ÇOX OXUNANLAR