Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Bərdədə kütləvi dava: ölən və yaralananlar var - VİDEO

13.08.2020 09:05

Bərdədə kütləvi dava baş verib. Hadisə zamanı bir nəfər ölüb, üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Imişlidə isə 2 nəfər bıçaqlanıb.həmin şəxslərdən biri hadisə yerində ölüb, digərinin vəziyyəti isə ağırdır.

Bərdədə bıçaqlanma olub. Hadisə rayonun Şorəli kəndində qeydə alınıb.

Gənclər arasında düşən kütləvi dava zamanı bir nəfər ölüb, üç nəfər isə ağır xəsarət alıb.

Hadisə zamanı ürəyindən 2 bıçaq yarası alan 30 yaşlıMənsur Həsənli hadisə yerindəcə keçinib. 26 yaşlı Adgözəl Abbasov, 29 yaşlı Nicat Nəsirov, 36 yaşlı Rauf Bağırov Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onlardan Adgözəl Abbasovun vəziyyəti ağırdır.

Hadisə ilə bağlı saxlanılan şəxslər var. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır

İmişlidəGöbəktala kəndində həmkəndlilər arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.Kənd sakini, 36 yaşlıPünhan Hüseynov mübahisə zamanı 35 yaşlı Amid Əmrahovu və 30 yaşlı Səbuhi Əmrahovu bıçaqlayıb.Amid Əmrahov aldığı bıçaq yarasından hadisə yerində ölüb, Səbuhi Əmrahov isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. İmişli Rayon Prokurorluğundan bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.Faktla bağlı İmişli rayon prokurorluğunda cinayət işi başlanıb.İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.Pünhan Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

© xezerxeber.az


180 dəfə oxunub

XƏBƏRLƏR

19.09.2020 09:16

Payız gəlir...

ÇOX OXUNANLAR