İnam Kərimov: Suya qənaət etmək üçün müasir suvarma texnologiyalarından istifadə vacibdir - VİDEO

11.08.2020 20:43

Ölkə ərazisində yaranan su qıtlığı ən çox pambıqçılığa təsir göstərir. Kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, nazirlik və digər aidiyyatı qurumlar çalışır ki, yetişməkdə olan pambığın suvarılmasında problem aradan qalxsın.

Təxminən 20 gün sonra pambıq yığımına başlanacaq.Pambıq ən çox su tələb edən bitki olduğundan hazırda pambıq sahələrinin suvarılması da vacibdir. Respublıkada əkilən 100 min hektar ərazidə pambıq bitkilərinin susuz qalmaması əsas məsələdir.

Müasir suvarma texnologiyalarının, o cümlədən digər kənd təsərrüfatı texnologiyalarının subsidiyalaşması üçün əlavə vəsait ayrılıb. İnam kərimov deyir ki, suvarmada suya qənaət etmək üçün damlama üsulundan istifadə edilməlidir.

Kənd Təsərrüfatı naziri İnam Kərimov bölgəyə səfəri çərçivəsində Bərdə və Tərtərdə əkin sahələri və meyvə bağlarına baxış keçirib. Nazir fermerlərlə görüşüb, onlara məsləhətlər verib.

© xezerxeber.az


302 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR