Bakıda 30-a yaxın mənzili qarət edən şəxs tutuldu - VİDEO

11.08.2020 20:23

Bakıda 30-a yaxın evi qarət edən şəxs tutulub. Həmin şəxs evlərdən qızıl və digər qiymətli əşyalar oğrlayırmış.

30-a yaxın mənzildən oğurluq edən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbiri nəticəsində Nərimanov rayonu ərazisindəki mənzillərdən birindən 1535 manat dəyərində qızıl-zinət əşyaları, noutbuk və qol saatı oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini Samir İsmayılovu saxlayıb. O, paytaxtda 30-a yaxın məznildən oğurluq etdiyini etiraf edib. Qeyd edək ki, Samir İsmayılovun oğurluq etmə anı mənzillərin bəzilərinindəhlizlərdə quraşdırılan təhlükəsizlik kamerasına da düşüb.

Saxlanılan şəxs oğurluq zamanı əldə etdiyi qızl-zinət əşyalarının bir qismini Sumqayıt şəhərində dəyər dəyməzinə satıb.

Nəsimi rayonunda da yeni tikilən binaların dəhlizlərində velosiped oğurlayan şəxs tutulub. 20-ci Polis Bölməsi əməkdaşları Qulu Quliyev və Ceyhun Səlimov küçəsi 7 ünvanlarında ümumi dəyəri1220manat olan iki ədəd velosiped oğurlayan paytaxt sakini Ayhan İsayevi saxlayıblar. O, ifadəsində oğurladığı velosipedləri dəyər-dəyməzinə satdığını deyib.

Polis bundan başqa narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunan Rövşən Məmmədovu da saxlayıb. Onun əlindəki kağız torbaya baxış zamanı kibrit qutularının içərisində satış üçün qablaşdırılan qudurulmuş marixuana, yaşadığı evdən isə 12 kiloqram qurudulmuş marixuana aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan ''Azər'' adlı tanışından 700 manata aldığını bildirib. Qeyd olunan faktlarla bağlı cinayət işi başlanıb.

© xezerxeber.az


313 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR