Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Azərbaycanda yeni aqrar sığorta mexanizmi işə düşür - VİDEO

10.08.2020 20:54

Yaxın aylarda kənd təsərrüfatında çalışanları mühüm yenilik gözləyir. İlin sonuna qədər aqrar sığorta mexanizmi işə düşəcək. Aqrar Sığorta Fondu tərəfindən fermerlərin itkiləri qarşılanacaq. Sığorta haqlarının yarısı dövlət tərəfindən ödəniləcək.

 

 

Bu ildən etibarən Aqrar Sığorta Fondu fermerlərə sığorta xidmətlərini təqdim edəcək, eləcə də onların məhsul və gəlirlərini qoruyacaq. Fondun İdarə heyətinin sədri Fuad Sadıqov bildirib ki, qurum aqrar sığorta sisteminin təşkilini, inkişafını, dayanıqlılığını və fasiləsiz fəaliyyətini, idarəedici qurumun formalaşdırılmasını təmin etmək və onun fəaliyyətinə nəzarət etmək məqsədilə yaradılıb. Fuad Sadıqov aqrar sığorta üzrə təminat verilən risqləri açıqlayıb.

 

 

Fuad Sadıqov qeyd edib ki, indiyədək Azərbaycanda bu xidmət özəl sığorta şirkətləri tərəfindən həyata keçirilirdi. Özəl şirkətlər kommersiya prinsipi ilə işlədiyinə görə, bəzi hallarda zərərli hesab etdikləri bizneslərin sığortalanmasından imtina edirdilər. Burada mühüm məqam ondan ibarətdir ki, Fond qeyri-kommersiya prinsipi ilə işlədiyi üçün fermerlərin itkilərini qarşılayacaq. Bəs Aqrar sığorta Fonduna kimlər və necə müraciət edəcək ?

 

 

Fuad Sadıqovun sözlərinə görə Aqrar Sığorta Fondu vasitəsilə sığortalanan zaman dövlət sığorta haqlarına 50 faiz yardım edəcək. Tutaq ki, 1000 manat sığorta haqqı müəyyən edilirsə, fermer yalnız 500 manat ödəyəcək. Qurum sədri sığorta ödənişinin necə hesablanacağına da aydınlıq gətirib.O bildirib ki, sığorta hadisəsi zamanı ərazidəki məhsuldarlıq orta bazar qiymətinə vurulacaq və sığorta ödənişi müəyyən ediləcək.

 

 

Aqrar sığorta sisteminin işə düşməsi ümumilikdə, aqrar sahənin risklərini də azaldacaq. Nəticədə bu sahəyə investisiya və kreditlər cəlb etmək daha da asanlaşacaq.

© xezerxeber.az

FOTOQALERIYA






293 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR