Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Bakıda avtobus zolaqlarının sayı artırılacaq - VİDEO

10.08.2020 20:33

Bakı küçələrində sərbəst hərəkəti təmin etmək üçün avtobus zolaqlarının sayı artırılacaq. Çünki, son yumşaldılmadan sonra yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyi əhəmiyyətli dərəcədə çoxalıb. Bu da öz növbəsində pik saatlarda sıxlıqların yaranmasına səbəb olur. Bu zolaqlara digər avtomobillərin girib zəbt etməməsinə ciddi nəzarət ediləcək.

Bakıda avtobusların hərəkət edəcəyi zolaqların sayı artırılacaq.

Bu barədə məlumatı ''Xəzər Xəbər''ə Bakı Nəqliyyat Agentliyinin, Nəqliyyat Axının İdarə olunması və Təhlili şöbəsinin müdri Tərlan Səfərov deyib. Onun sözlərinə görə,görülən tədbirlərə baxmayaraq avtobusların şəhərin küçələrində sərbəst hərəkətində problemlər var və bu da sərnişinlərin normal daşınmasına mane olur.

Tərlan Səfərov deyir ki, yollarda qəzadan sonra yaranan tıxaclar da avtobusların hərəkətini ləngidir. Təkcə 7 avqust tarixində Ziya Bünyadov prospektində 5 yol nəqliyyat hadisəsi baş verib. Hər bir qəza səbəbindən prospektdə 2 km-dək uzanan sıxlıq müşahidə olunub. Bu isə həmin hissədən keçən 5 müntəzəm və 1 ekspres xətt üzrə avtobusların intervalının pozulmasına gətirib çıxarır. Nəticədə dayanacaq məntəqələrində və avtobuslarda əlavə sıxlıqlar yaranır.

Hələ bir müddət əvvəl paytaxtın Yusif Səfərov, Füzuli küçələri və Babək prospektində avtobus zolaqları çəkilib. Amma həmin zolaqlardan avtobusların rahat hərəkəti cəmi 1-2 gün olub. Digər nəqliyyat vasitələri də həmin zolaqla hərəkət etdiyindən yolda avtobusların hərəkətində yenindən gecikmələr yaranıb. Hətta bəzi ərazilərdə həmin zolaqlar parklanma kimi də istifadə edilir. Bəs yeni çəkiləcək daha 21 zolağa nəzarət necə olunacaq?

Qeyd edək ki, təklif edilən yollar: Şıxəli Qurbanov, Zivərbəy Əhmədbəyov, Cəfər Cabbarlı, Abbas Mirzə Şərifzadə, Müzəffər Həsənov, Əhməd Rəcəbli, Fətəli Xan Koyski, Həsən Əliyev, Məhəmməd Hadi, 28 may, Zərifə Əliyeva, Rəşid Behbudov küçələri, Tiblisi, Moskva, Atatürk, Qara Qarayev, Gəncə, Azadlıq,Ziya Bünyadov,Mikayıl Useynov prospektləri və Binəqədi şossesidir. Bakı Nəqliyyat Agentliyinin təklifi aidiatı qrumlar tərəfindən qəbul edilərsə zolaqların çəkilməsinə yaxın günlərdə başlanacaq.

© xezerxeber.az


287 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR