Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Peşə təhsili müəssisələrinə qəbul başladı - VİDEO

10.08.2020 20:25

Bu gündən etibarənpeşə təhsili müəssisələrinə qəbul başlayıb. Abituriyentlər qəbul üçün necə qeydiyyatdan keçməlidirlər, hansı yeniliklər var?

Peşə təhsili pilləsi üzrə tələbə qəbulu start götürüb. İlk dəfə olaraq peşə təhsil müəssisələrinə qəbul olmaq istəyənlər elektron qaydada qeydiyyatdan keçərək müraciət ünvanlaya biləcəklər. Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov deyib. Onun sözlərinə görə peşə təhsili almaq istəyənlər ayın 24-nə qədər internet portal platforması üzərindən ödənişsiz qaydada qeydiyyatdan keçməlidirlər. Peşə təhsil müəssisələrinə ümumi vəya tamorta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər.

Pərviz Yusifovun sözlərinə görə, tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılacaq və ilk dəfə olaraq cari tədris ilində tələbə qəbulu prosesində işə götürənlərlə birgə ikili proqramlar tətbiq olunacaq. Həmçinin bu il qəbulda bir sıra yeniliklərin olması da gözlənilir.

Qeyd edək ki, tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müraciətlər barədə məlumat Şəxsi kabinetim bölümündə yenilənir. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərin əslini təqdim etmək üçün dəvət olunacaqlar.

© xezerxeber.az


298 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR