Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Bakının əksər yollarında sıxlıq müşahidə olunur - VİDEO

10.08.2020 19:56

Bu gündən etibarən bəzi iş yerlərinin açılması yollarda sıxlığa səbəb olubmu? Əməkdaşımız Ramal Abdullayev günün birinciyarısında paytaxt küçələrini fasiləsiz izləyən Nəqliyyatı İntelektual İdaretmə Mərkəzində müşahidə aparıb.

''Xüsusi karantin rejmi yumşaldıqdan sonra küçələrdə hərəkət intensivliyi artıb''.

Bu barədə məlumatı ''Xəzər Xəbər''ə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Nəqliyyatı İntelektual İdaretmə Mərkəzində aparılan çəkiliş zamanı deyib. Onun sözlərinə görə, hərəkətə qoyulan məhdudiyyət və sms icazə sistemi ləğv edildikdən sonra paytaxt küçələrində sərnişinlərin və nəqliyyat vasitələrinin artımı müşahidə edilir.

Qeyd edək ki, metronun da bağlı olması və bütün daşıyıcılar tərəfindən avtobusların küçələrə səfərbər olması şəhər küçələrinə təsirsiz ötüşməyib. Mais Ağayev deyir ki, səhər saatlarında ən çox sıxlıq paytaxtın Qara Qarayev, Ziya Bünyadov, Moskva, Heydər Əliyev prospektlərində, 20 yanvar dairəsi ətrafında və Mikayıl Əliyev küçələrində yaşanıb. Bu da bəzi ərazilərdə avtobulsar arasında intervalın artmasına səbəb olub. Nəqliyyatı İntelektual İdaretmə Mərkəzində bu cür halların baş verməməsi üçün tədbirlər görülür.

Qeyd edək ki, agentliyin ərazilərdə xidmət aparan əməkdaşları günün pik saatlarında sıxlığın qarşısını almaq məqsədi ilə avtobusların dayanacağa rahat girib-çıxması üçün şərait yaradırlar.

© xezerxeber.az


390 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR