Nazirlikdən Xəzəri çirkləndirənlərə ÇAĞIRIŞ - VİDEO

07.08.2020 20:20

Xəzər dənizi şimaldan cənuba doğru 100-dən çox axar vasitəsilə çirkləndirilir. Müxtəlif istehsalat müəssisələrindən,ictimai iaşə obyektlərindən və bəzi yaşayış evlərindən xəzərə axıdılan çirkab suların qarşısını almaq üçün xəbərdarlıq və cəza tədbirləri görülsə də,bundan nəticə çıxarmayanlar var. Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov belə şəxslərə xəbərdarlıqedib vəvətəndaşları problemə qarşı birgə mübarizə aparmağa çağırıb.

Xəzər dənizinin müxtəlif ərazilərində 130-a qədər müxtəlif çirkləndiricilərin axarları qeydə alınıb.Bunu ''xəzər xəbər''ə müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Vüqar Kərimov deyib.

Onun sözlərinə görə,xəzər dənizinin çirklənməsinə səbəb ,dəniz ətrafı ərazilərdə olan yaşayış evlərindən axıdılan kanalizasiya suları və müxtəlif müəssisələr, fabrik, təşkilat, ictimai-iaşə obyektlərindən buraxılan çirkab sularıdır.

Bundan başqa Qaradağ,Xəzər və Pirallahı rayonlarında da dənizə çirkab sular axıdılır. Suraxanı rayonu Hövsan qəsəbəsində çirkab suların dənizə axıdılmasının qarşısı isə nisbətən alınıb.Ümumilikdə xəzər dənizinin çirklənməsinin qarşısının alınması məqsədi ilə nazirlik tərəfindən mütəmadi olaraq aksiyalar, reydlər və maarifləndirilmə tədbirləri keçirilib.Qanunu pozan istər fiziki,istərsə də hüquqi şəxslər barəsində ən sərt qaydada cəza tədbirləri görülüb.

Nazir müavini onu da qeyd etdi ki,xüsusi karantin rejimi ilə əlaqədar dəniz kənarında yerləşən ictimai-iaşə obyektlərinin fəaliyyət göstərməməsi və avtomobillərdən az sayda istifadə edilməsi ekologiyaya eləcədə dənizin suyunun keyfiyyət göstəricisinə təssir edib.Odur ki,dənizi çirklənmədən qorumaq üçün təkcə dövlət orqanları deyil,vətəndaşlar da bu məsələdə aktiv olmalı,porblemə qarşı birgə mübarizə aparmalıdırlar.

© xezerxeber.az


558 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR